XƏBƏRLƏR / Hökumət

Əli Əsədov ŞKTC Baş naziri ilə görüşüb

Nazirlər Kabinetinin mətbuat xidməti xəbər verir

Əli Əsədov ŞKTC Baş naziri ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 1-də Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel ilə görüşüb.

    Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında bir sıra sahələrdə əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

    Yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivliyi, parlamentlərarası və siyasi partiyalar xətti ilə əməkdaşlığın inkişafı müsbət qiymətləndirilib.

    Humanitar sahədə, xüsusilə mədəniyyət və turizm istiqamətlərində əlaqələrin genişləndirilməsinin vacibliyi qeyd olunub.

    Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın önəmi vurğulanaraq, Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi statusunda təşkilatın fəaliyyətinə verdiyi töhfələr qeyd edilib.

    Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına Üzv Dövlətlərin Hökumət Başçılarının/Vitse-Prezidentinin Görüşünün əhəmiyyətinə toxunulub.

    Tədbirin TDT çərçivəsində hökumətlərarası koordinasiyanın gücləndirilməsi və dövlət başçıları tərəfindən müəyyən edilmiş prioritet sahələr üzrə ortaq gündəliyin daha səmərəli şəkildə irəli aparılması baxımından önəmi vurğulanıb.