Əli Əsədov Aşqabadda Türkmənistan Prezidenti ilə görüşüb
Bu barədə Nazirlər Kabinetindən xəbər verilib YENILƏNIB
17:25
Aşqabad şəhərində işgüzar səfərdə olan Baş nazir Əli Əsədov bu gün Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşüb.
Bu barədə Nazirlər Kabinetindən xəbər verilib.

Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və Türkmənistanın daimi neytrallığının 30 illiyi münasibətilə təbriklərini bu ölkənin dövlət başçısına çatdırıb.
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevin salamlarına və təbriklərinə görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycan ilə Türkmənistan arasında siyasi dialoqun yüksək səviyyədə olduğu vurğulanıb, qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Qeyd edək ki, Baş nazir Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirak edəcək.
***
15:54
Bu gün Baş naziri Əli Əsədov Türkmənistana işgüzar səfər edib.

Bu barədə Nazirlər Kabinetindən xəbər verilib.

Aşqabad Beynəlxalq Aeroportunda Baş nazir Ə.Əsədovu Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Mammetxan Çakıyev və digər rəsmi şəxslər qarşılayıblar.
1 dəqiqə