XƏBƏRLƏR / Məhkəmə

Əli Kərimlinin müşaviri də həbs olunub

M.İbrahimli barəsində 2 ay 15 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.

Əli Kərimlinin müşaviri də həbs olunub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimli barəsində qətimkan tədbirinin seçilməsi barədə vəsatət və təqdimata baxılıb.

    Səbail rayon məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

    Qərara əsasən, M.İbrahim barəsində 2 ay 15 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Məmməd İbrahimliyə AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

    Xatırladaq ki, M.İbrahim Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqa cəlb olunub.