Əmircanda yerləşən İmam məscidinə 600 min AZN vəsait ayrıldı
Prezident müvafiq sərəncam imzalayıb

Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işləri həyata keçiriləcək.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla məsciddə təmir-bərpa işlərinin həyata keçirilməsi üçün Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 600 min manat vəsait ayrılıb.