
Sabirabadda ər və arvad kimyəvi maddə içərək intihar edib.
Əldə etdiyimiz məlumata görə, 5 gün əvvəl heyvanlarda parazitlərə qarşı istifadə olunan kimyəvi preparatı içən qadın Sabirabad rayonunun Bala Həşimxanlı kənd sakini, 1991-ci il təvəllüdlü Əliyeva Aygün Zöhrab qızı Şirvan xəstəxanasında ölüb.
5 gün sonra eyni preparatı içən onun həyat yoldaşı, 1988-ci il təvəllüdlü Əliyev Xalid Yavər oğlu həmin kimyəvi maddədən toksiki zəhərlənmə diaqnozu ilə Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.