XƏBƏRLƏR

Ərdoğan BƏƏ və Misirə səfər edəcək

Bu barədə "TRT Haber" məlumat yayıb

Ərdoğan BƏƏ və Misirə səfər edəcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 12-13 fevral 2024-cü il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinə, 14 fevral 2024-cü il tarixində isə Misir Ərəb Respublikasına rəsmi səfər edəcək.

    Ərdoğan fevralın 13-də Dubayda keçiriləcək Dünya Hökumətləri Zirvə toplantısına fəxri qonaq qismində “Gələcəyin hökumətlərini formalaşdırmaq” mövzusu ilə qatılacaq.

    Müxtəlif ölkələrdən dövlət və hökumət rəsmilərinin, beynəlxalq təşkilatların, özəl sektorun, akademik dairələrin, vətəndaş cəmiyyətlərinin, beyin mərkəzlərinin və media nümayəndələrinin, iş adamlarının bir araya gəldiyi sammitdə Ərdoğan əsas məruzəçi kimi çıxış edəcək.

    Türkiyə Prezidenti sammit münasibətilə iştirakçı ölkələrdən olan həmkarları, xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ilə ikitərəfli görüşləri də gözlənilir.

    R.T.Ərdoğanın Qahirəyə səfəri zamanı danışıqlarda Türkiyə ilə Misir arasında əlaqələrin inkişafı və yüksək səviyyəli ikitərəfli əməkdaşlıq mexanizmlərinin inkişafı kontekstində atılacaq addımlar müzakirə olunacaq.

    Görüşlərin gündəliyi ikitərəfli əlaqələrlə yanaşı, aktual qlobal və regional problemlər, xüsusilə də İsrailin Qəzzaya və işğal olunmuş Fələstin torpaqlarına hücumları ətrafında fikir mübadiləsi aparmaqdır.