XƏBƏRLƏR / Qayıdış

Xankəndidə "Qış nağılı” bayram yarmarkası keçiriləcək

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi xəbər verir

Xankəndidə "Qış nağılı” bayram yarmarkası keçiriləcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Xankəndi şəhərində “Qış nağılı” yarmarkası keçiriləcək. Şəhərin Zəfər meydanında təşkil ediləcək bayram yarmarkası dekabrın 27-dən yanvarın 5-dək davam edəcək. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə sayca 2-ci dəfə keçiriləcək yarmarkada, bir çox müəssisə və şirkətlər iştirak edəcək, həmçinin fərdi şəxslər tərəfindən də yarmarkaya məhsullar çıxarılacaq.

    Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, dekabrın 29-da isə Xankəndi şəhərində konsert proqramı təşkil ediləcək. Dekabrın 31-də möhtəşəm atəşfəşanlıq olacaq.

    Bayramla əlaqədar şəhərdə artıq hazırlıqlar başlayıb. Meydanda şam ağacı qurulub. Küçələr, parklar Yeni il atributları ilə bəzədilib. Bir sözlə, Xankəndi şəhəri, turistləri möhtəşəm bayram görüntüsü ilə qarşılamağa hazırlaşır.