XƏBƏRLƏR / Siyasət

Ərdoğan İranın XİN başçısını qəbul edib

Ərdoğan İranın XİN başçısını qəbul edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İranın xarici işlər naziri Abbas Əraqçini qəbul edib.

    Bu barədə "TRT Haber" məlumat yayıb.

    Bildirilib ki, görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan da iştirak edib.

    Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın iranlı həmkarı Abbas Əraqçi ilə İstanbulda keçirdiyi bigə mətbuat konfransında bəzi müzakirə mövzuları açıqlanıb.

    A.Əraqçi bildirib ki, İran hər zaman müzakirələrə hazırdır, lakin hələ ki ABŞ-dan olan hansısa nümayəndə ilə görüş nəzərdə tutulmayıb.