XƏBƏRLƏR / Qonşular

Ərdoğan Şuşadakı zirvə toplantısında iştirak edəcək

Bundan əvvəl o, Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət və Hökumət Başçılarının zirvə toplantısına qatılacaq

Ərdoğan Şuşadakı zirvə toplantısında iştirak edəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iyul ayında bir sıra ölkələrə səfər edəcəyi gözlənilir.

    Türkiyə mətbuatı yazır ki, Türkiyə Preizidentinin iyul ayı üzrə səfərlərinin siyahısı açıqlanıb.

    Belə ki, Ərdoğan 3-4 iyul tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət və Hökumət Başçılarının zirvə toplantısında iştirak edəcək.

    Bundan sonra o, iyulun 6-da Şuşa şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısında iştirak edəcək.

    Qeyd edək ki, Ərdoğan 9-11 iyul tarixlərində ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək NATO liderlərinin zirvə görüşündə də iştirak edəcək.