Ərdoğan Trampa İranla bağlı üçtərəfli sammit təklif edib
Bu barədə "Hürriyet" qəzeti yazır
Türkiyə Prezidenti Ərdoğan ABŞ-lı həmkarı Trampa İran ətrafındakı vəziyyətlə bağlı üçtərəfli sammit təklif edib. Türkiyə hökumətinə yaxın jurnalist Hande Firatın sözlərinə görə, bu təklif iki lider arasında 27 yanvarda telefon danışığı zamanı səsləndirilib.
Ərdoğan artan böhran və hərbi münaqişə təhlükəsi fonunda diplomatik yanaşmanın vacibliyini vurğulayaraq ABŞ, İran və Türkiyə arasında yüksək səviyyəli görüş təşkil etməyi təklif edib. O, sammitin riskləri azaldacaq və danışıqlar prosesini sürətləndirəcək videokonfrans vasitəsilə keçirilə biləcəyini irəli sürüb. Danışıqlara yaxın mənbələrə görə, Tramp bu təklifə müsbət cavab verib və gələcək müzakirələrə açıq olduğunu bildirib.
Bundan əlavə, Firat İranın xarici işlər naziri Abbas Əraqçinin bu həftə Türkiyəyə səfər edəcəyini bildirib. O, mövcud vəziyyəti və böhranın həlli perspektivlərini müzakirə etmək üçün türkiyəli həmkarı Hakan Fidanla danışıqlar aparacaq. Səfərin konkret tarixləri açıqlanmayıb.
1 dəqiqə