XƏBƏRLƏR / Yaddaş

Ərdoğanın oğlu Bilal Gəncədə Şəhidlərin xatirəsini yad edib

Anım tədbirində Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi də iştirak edib

Ərdoğanın oğlu Bilal Gəncədə Şəhidlərin xatirəsini yad edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan 20 Yanvar - Ümumxalq Hüzn Günündə Gəncədə Şəhidlər xiyabanını ziyarət edib.

    Bilal Ərdoğan Şəhidlər xiyabanında şəhidlərin məzarını ziyarət edib, gül dəstələri qoyub.

    Qeyd edək ki, anım tədbirində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhid ailələri, qazilər, ziyalılar, polis əməkdaşları, prokurorluq əməkdaşları, millət vəkilləri və şəhər ziyalılar iştirak ediblər.

    QMİ-nin Gəncə bölgəsi üzrə qazısı Hacı Tahir Abbasov Bilal Ərdoğana Quran hədiyyə edib.