Erməni deputatlar parlamentdə bir-birini çırpıblar
Xəbər verilir ki, Vardanyan xəstəxanaya, Saakyan isə polisə aparılıb
Ermənistan parlamentində müxalifət təmsilçisi ilə hakim partiya arasında dava düşüb
Hakim fraksiya rəhbəri Hayk Konjoryan sosial şəbəkələrdə bildirib ki, insident müxalif “Xayastan” fraksiyasından olan deputat Mher Saakyanla parlamenttin dövlət-hüquq məsələləri üzrə komissiyasının sədri Vladimir Vardanyan arasında baş verib.
"Sputnik Armenia" xəbər verir ki, Vardanyan xəstəxanaya, Saakyan isə polisə aparılıb.