XƏBƏRLƏR / Qonşular

Erməni müxalifəti 30 il xaraba qalmış Kərkidə indi ağac əkir

Revanşist müxalifət Kərkinin Azərbaycana qaytarılmasının qəti əleyhinə çıxış etməklə yanaşı, Kərki adından istifadəni belə qəbuledilməz sayır

Erməni müxalifəti 30 il xaraba qalmış Kərkidə indi ağac əkir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistan parlaentinin müxalif fraksiya lideri Narek Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" bu gün simvolik olaraq - Azərbaycanın 1992-ci ildə işğal edilmiş Kərki kəndində (erməni işğalçıları kəndə "Tiqranaşen" adını qoyublar) "İstiqlal Bağı" salmaq fikirinə düşüblər.

    "Bu, inkişaf simvoludur, təhvil vermək deyil. Biz tezliklə burada turizm yeri tikməyə icazə üçün müraciət edəcəyik ki, orada turizm zonası olsun və insanlar köçməsin", - deyə o bildirib.

    Karapetyan əvvəllər "Tiqranaşen"in Ermənistan ərazisi olaraq qalmalı olduğunu bildirmiş və Ermənistan hakimiyyətinin Azərbaycan toponimi olan "Kərki"dən istifadəsinin qəbuledilməz olduğunu vurğulamışdı.

    ***

    Qeyd edək ki, Ermənistan daxilində 1992-ci ildə işğal olunmuş Azərbaycana məxsus 4 anklav kənd aşağıdakılardır:

    Qazax rayonunun anklav kəndləri (3 kənd)
    Bu kəndlər coğrafi olaraq Ermənistanın Tavuş vilayətinin daxilində yerləşir: 
    • Yuxarı Əskipara
    • Bərxudarlı
    • Sofulu 
    Naxçıvan Muxtar Respublikasının anklav kəndi (1 kənd)
    Bu kənd Ermənistanın Ararat (Dəvəli) vilayətinin daxilində yerləşir və strateji əhəmiyyətli İrəvan-Gorus-Xankəndi avtomobil yolunun üzərindədir:
    • Kərki (ermənilər bura "Tiqranaşen" adını veriblər)