Erməni və Azərbaycan ekspertləri niyəsə Londonda görüşüblər
Bu barədə erməni siyasi eksperti Areq Koçinyan məlumat yayıb
Londonda erməni və Azərbaycan ekspertləri sülh prosesinin inkişafı, imkanlar və riskləri müzakirə ediblər. Bu barədə Armenpress-in məlumatına görə, Ermənistan Şurasının beyin mərkəzinin sədri və Sülh Körpüsü təşəbbüsünün koordinatoru Areq Koçinyan özünün Facebook səhifəsində məlumat verib.
Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı toplantısı baş tutacaq.
"Onilliklər davam edən münaqişədən sonra sülh təkcə siyasi danışıqlar yolu ilə deyil, həm də insanlar arasında etimad yolu ilə qurulur. Bu gün Ermənistan-Azərbaycan sülh prosesində yeni bir fürsət yaranıb və cəmiyyətlərin də bu prosesdə iştirak etməsi vacibdir. Londonda keçirilən görüşdə erməni və Azərbaycan ekspertləri sülh prosesinin hazırkı mərhələsini, imkanları və riskləri müzakirə ediblər", - Koçinyan yazıb.
O, əlavə edib ki, davamlı sülh dialoq, etimad və uzunmüddətli əməkdaşlıq yolu ilə formalaşır.
1 dəqiqə