XƏBƏRLƏR / Hərbi

Ermənilər azaraq itən Ruslan Pənahova cinayət işi açıb

Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb

Ermənilər azaraq itən Ruslan Pənahova cinayət işi açıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistan Respublikasının İstintaq Komitəsi yolunu azaraq itən əsgərimiz Ruslan Eldəniz oğlu Pənahova qarşı uydurma ittihamlarla, qanunsuz olaraq cinayət işi açıb.

    Ermənistan İstintaq Komitədinin məlumatında deyilir:

    "Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyəti tərəfindən zərərsizləşdirilən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu həbs edilib.

    Ermənistan Respublikasının İstintaq Komitəsi 28 fevral 2024-cü il tarixdə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ruslan Eldanis-Oğlu Penaxov tərəfindən odlu silah və döyüş sursatının daşınması, qaçaqmalçılıq yolu ilə odlu silah və döyüş sursatının keçirilməsi və Ermənistan Respublikasının dövlət sərhədini qanunsuz keçməsi, başqalarının həyatı üçün təhlükəli üsulla təxribat törətməyə cəhd, o cümlədən milli, dini nifrət, dözümsüzlük və düşmənçilik zəminində adam öldürməyə cəhd, qanunsuz daşıma faktı üzrə cinayət işi açıb.

    Müstəntiqin göstərişi ilə Penahov həbs edilib, istintaq zamanı şərait aydınlaşdırılır."