Ermənilər əsir Nəsimi Musayevin həbs müddətini uzatdılar
Bu barədə Ermənistanın Syunik Regional Birinci İnstansiya Məhkəməsi qərar qəbul edib
Yolunu azaraq Ermənistanın Şaki kəndinə sığınan Azərbaycan hərbçisi Nəsimi Musayevin həbs müddəti üç ay uzadılıb.
Qərarı Syunik Regional Birinci İnstansiya Məhkəməsi çıxarıb.
Xatırladaq ki, Ermənistan hakimiyyəti noyabrın 13-də Nəsimi Musayevin işi üzrə istintaqın başa çatıdığını bəyan etmişdi.
Ermənistan İstintaq Komitəsini məlumat yaymışdı ki, ilkin istintaq başa çatıb və ittiham aktı prokurora təqdim edilib.
Nəsimi Musayev oktyabrın 1-də Ermənistanın Şaki kəndi yaxınlığında saxlanılıb. Məhkəmə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçmişdi.
1 dəqiqədən az