Arif Hacılının oğlu həbsdə qaldı
Bu barədə Orxan Hacılının vəkili Nemət Kərimli bildirib
Bakı şəhəri Yasamal rayon məhkəməsində Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılının ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
Bu barədə Orxan Hacılının vəkili Nemət Kərimli bildirib.
Onun sözlərinə görə, məhkəmə vəsatəti təmin etməyərək, Orxan Hacılı ev dustaqlığına buraxılmayıb.
Qeyd edək ki, noyabrın 2-də yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma və yol-nəqliyyat hadisəsi yerindən qaçmada təqsirləndirilən Orxan Hacılı barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
O.Hacılı barəsində Cinayət Məcəlləsinin 263 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264 (yol nəqliyyat hadisəsi yerindən qaçmada) maddələri ilə ittiham irəli sürülüb.