Övladını öldürməkdə təqsirləndirilənə cəza istənilib
Türkiyə vətəndaşına Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hökm oxunub
Sumqayıtda azyaşlı övladını qəsdən öldürməkdə təqsirləndirilən Türkiyə vətəndaşı Ahmet Yeşilin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, Ahmet Yeşil 20 il müddətinə azadlıqdan məhrum olunub.