Ermənilər Laçın DSBM-dən sərbəst keçirlər VİDEO
Gün ərzində ümumilikdə 100 nəfərədək erməninin “Laçın” Dövlət sərhəd-buraxılış məntəqəsindən keçidi gözlənilir
Erməni əsilli şəxslərin “Laçın” Dövlət sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi növbəti dəfə təmin edilib.
Bu gün 30-dək erməni əsilli şəxs Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 9 avtomobildə Xankəndidən gələrək, "Laçın" Dövlət sərhəd-buraxılış məntəqəsindən (DSBM) Ermənistanın Gorus rayonu istiqamətinə maneəsiz keçib.
Bundan başqa, bu gün 60-dan çox erməni əsilli şəxsin Qarabağdan çıxaraq Ermənistana gedəcəyi gözlənilir.
Beləliklə, gün ərzində ümumilikdə 100 nəfərədək erməninin “Laçın” DSBM-dən keçidi gözlənilir.