XƏBƏRLƏR / İctimaiyyət

Ermənilər öz minalarını özləri təmizləməlidirlər

Bu barədə "Hraparak" nəşri yazıb

Ermənilər öz minalarını özləri təmizləməlidirlər
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistanın Tavuş vilayətinin Azərbaycanla sərhəddə yerləşən Kirants kəndindəki körpünün bir hissəsi də Azərbaycan tərəfinin nəzarətində olacaq. Bu barədə "Hraparak" nəşri yazıb.

    Nəşr yazır ki, dünən səhər saatlarında kənd sakinlərinin bəziləri körpünün üstündə avtomobillərin dayandığını görüblər. Erməni sakinlər ehtimal edirdilər ki, hakimiyyət bu ərazini minalardan təmizləmək və təhlükəsiz şəkildə Azərbaycana təhvil vermək üçün istehkamçıları işə cəlb ediblər.

    "Sakinlərdən biri bizə bildirdi ki, kənddən ağır texnika da görünür ki, bu da mövqelərin sökülməsi prosesinə başlandığını sübut edir", - məqalədə qeyd olunur.

    Qeyd edək ki, dünən sərhəddə Ermənistan ordusunun hərbi qulluqçusu minatəmizləmə işi zamanı minaya düşüb və ağır yaralanıb. Sözügedən mina Ermənistanın özü tərəfindən basdırılıb.

    "İlham Əliyev artıq mina xəritələrini tələb etməklə kifayətlənmir, erməniləri məcbur edir ki, öz minalarını özləri təmizləsinlər, təmiz və təhlükəsiz şəkildə ərazini təhvil versinlər”, - məqalədə deyilir.