XƏBƏRLƏR / Hərbi

Ermənilər Tovuzda kəşfiyyat aparmağa cəhd göstəriblər

Ermənistan silahlı qüvvələri Ordumuzun mövqeləri üzərində kvadrokopter vasitəsi ilə kəşfiyyat uçuşu həyata keçirməyə çalışıb

Ermənilər Tovuzda kəşfiyyat aparmağa cəhd göstəriblər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Martın 11-i saat 12:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Əsrik yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kvadrokopter vasitəsi ilə kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatı xüsusi texniki vasitələrlə zərərsizləşdirilib.