XƏBƏRLƏR / Hərbi

Ermənilər yolunu azan əsgərimizə 11 il 6 ay iş verdilər

Aqşin Bəbirova Ermənistanın “dövlət sərhədini qanunsuz keçməsinə" görə hökm oxunub

Ermənilər yolunu azan əsgərimizə 11 il 6 ay iş verdilər
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Pis hava şəraitində yolunu azaraq Ermənistan ərazisinə düşən azərbaycanlı hərbçilərdən birinə hökm oxunub.
    Sünik rayon ümumi yurisdiksiya məhkəməsinin hökmü ilə Aqşin Bəbirov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Azərbaycan hərbçisi “dövlət sərhədini qanunsuz keçmə, odlu silah və döyüş sursatlarının dövlət sərhədindən qanunsuz keçirilməsi” maddəsi ilə təqsirli bilinib.

    O biri əsgərimiz - Hüseyn Axundovla bağlı hələ ki, qərar verilməyib. Erməni tərəfi onu qətldə ittiham edir.