XƏBƏRLƏR / Qayıdış

Ermənilərin könüllü köçü axın xarakteri alıb

Ermənistandan Xankəndiyə Laçın yolu ilə humanitar yardım və məhsulların daşınması tam kəsilib

Ermənilərin könüllü köçü axın xarakteri alıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Laçın Dövlət Sərhəd Keçid Məntəqəsində (DSKM) qələbəlik hökm sürür. Xankəndi-Gorus yolu birtərəfli rejimdə çalışır. Avtomobillər həddindən çox olduğuna görə Ermənistandan Xankəndiyə humanitar yardım və məhsulların daşınması tam kəsilib.

    Erməni mənbələri bu saatadək 4850 nəfərin sərhədi könüllü keçdiyi barədə məlumat verir.

    Gedənlər və qalanlar bir-bir sayıılacaq və "120 000 sakin" barədəki növbəti erməni yalanı ifşa ediləcək. Az qalıb.