Ermənilərin “qisas əməliyyatı”ndakı itkiləri artdı: 4 ölü
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən keçirlimiş “qisas əməliyyatı” nəticəsində ölən erməni hərbçilərin sayı artıb.
Ermənistan tərəfinin dörd hərbçisi məhv edilib, biri yaralanıb. Yaralı hərbçinin həyati təhlükəsi yoxdur.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına görə, 13 fevral tarixində Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib. Əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.