Ermənistan 2 Azərbaycan vətəndaşını qaytarmaq istəmir
XİN rəhbəri Ceyhun Bayramov bunu ATƏT Daimi Şurasının növbədənkənar iclasında çıxışı zamanı deyib
Ermənistan iki Azərbaycan vətəndaşını geri qaytarmaqdan imtina edir.
“Ermənistan hökuməti iki Azərbaycan vətəndaşına qarşı işgəncə və ləyaqəti alçaldan rəftara məruz qalmasını lazımi qaydada araşdırmaq və günahkarların məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görmək əvəzinə, onları qondarma ittihamlarla öz vətənlərinə qaytarmaqdan imtina edir”, XİN rəhbəri Ceyhun Bayramov Bunu ATƏT Daimi Şurasının növbədənkənar iclasında çıxışı zamanı deyib.