Mahmud Abbas Türkiyənin Müstəqillik günü Kiprə səfər edib
Fələstin Prezidenti Türkiyə ilə soyuq münasibətləri olan Kipr Respublikasına səfər etmək üçün başqa tarix də seçə bilərdi
Fələstin Prezidenti Mahmud Abbas Kipr Respublikasına işgüzar səfərə gəlib və səfər çərçivəsində Prezident Nikos Xristodulides ilə danışıqlar aparacaq.
Fələstin Prezidentinin məhz Türkiyənin Müstəqillik Günündə Kipri ziyarət etməsi, daim Fələstini müdafiə edən və buna görə də İsraillə düşmənçilik səviyyəsinə çatan Türkiyə xalqına və hakimiyyətinə təhqir kimi də qəbul oluna bilər. Kipr Respublikası Yunanıstanla birlikdə Türkiyəni ənənəvi düşmən kimi qələmə verir və İsraillə Türkiyəyə qarşı müttəfiqlik münasibəti və hərbi blok qurmaqdadır.
Görəsən Azərbaycanı İsrailin Baş nazirinin BMT-də çıxışı zamanı salonu tərk etmədiyinə görə sərt qınayan və təhqir edən Türkiyədəki "filistin kafalılar" buna necə reaksiya verəcək?
Türk bloqçuları Azərbaycana qarşı tətbiq etdikləri kimi, "qardaşlara xəyanət" ittihamlarının yeni dalğasını ortaya atacaqlarmı? Axı, bəhanə məhz "Filistin" idi...
1 dəqiqə