XƏBƏRLƏR / Hərbi

Ermənistan Cənubi Koreyadan tank almaq istəyir

Bu barədə “Army Recognition” portalı yazıb

Ermənistan Cənubi Koreyadan tank almaq istəyir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan Cənubi Koreya istehsalı olan və dağlıq əraziyə uyğunlaşdırılmış K2 tanklarının alınması imkanını nəzərdən keçirir.

    Bu barədə “Army Recognition” portalı Cənubi Koreya mətbuatına istinadən xəbər verib.

    Məlumata görə, Ermənistanın müdafiə naziri Suren Papikyan “Hyundai Rotem” tərəfindən hazırlanmış K2 Qara Panter əsas döyüş tanklarının alınması imkanlarını araşdırmaq üçün 2024-cü ilin sentyabrında Cənubi Koreyaya səfər edib.

    Bundan başqa, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da sentyabrın 6-da Cənubi Koreyaya səfər edərək silah alışı məsələlərinə dair bir sıra görüşlər keçirib.