Ermənistan gəlirsə gəlsin, gəlmirsə, dünəndən gəlməsin
COP29-a gəlməklə bağlı Ermənistan rəsmilərinin hansısa şərt qoymasından söhbət gedə bilməz
Bakıya gəlməklə bağlı Ermənistan rəsmilərinin hansısa şərt qoymasından söhbət gedə bilməz. Bir daha deyirəm ki, COP29 - BMT-nin tədbiridir. Azərbaycan isə sadəcə ev sahibliyi edir.
COP29 tədbirində iştirak üçün hər hansı tələbin, istəyin olması məntiqə ziddir.
Diversantların qaytarılması, yaxud digər mövzuları müzakirə etmək üçün yetərincə imkanlar var. İkitərəfli danışıqlarda bu mövzunu qaldıra bilərlər.
Mirzoyan hansı əsasla COP29-a gəlməsi üçün belə bir şərt qoya bilər? 1998-ci ildə Azərbaycan AB-nin TRASEKA proqramı üzrə bir tədbirə ev sahibliyi edirdi. Müharibə şəraitinin davam etdiyi bir vaxtda - 1998-ci ildə Azərbaycana Ermənistanın baş naziri gəlib, tədbirdə iştirak etdi. Azərbaycan bu baxımdan təhlükəsizlik təmin edir.
Ona görə də tədbirdə iştirakı hansısa “şərtlə” əlaqələndirmək olmaz. Ermənistan-Azərbaycan münasibətləri hansısa şəkildə həll olunacaq. Amma BMT-nin tədbirinin buna nə aidiyyəti var? İndi hansısa Avropa ölkəsi də şərtlə gəlməlidir Bakıya? Məsələn, mən COP-a gəldim, qazı bir az ucuz sat? Bu nə məntiqdir?