BLOQ

İsrailin son məqsədi nədir?

Bütün sionist mənbələr “Böyük İsrail”dən danışır

İsrailin son məqsədi nədir?
  • Oxuma müddəti:

    3 dəqiqə

  • İllər boyu bu mövzuda yazan ciddi yazarlar olub. Hətta mənim kimi bu mövzuda xəbərdarlıq yazıları yazanları “çox sui-qəsd nəzəriyyəsi oxuyursan” deyə tənqid edənlər də oldu. Gəldiyimiz məqama və açıq mənbələrdə yazılan təhlillərə, hadisələrin gedişinə, siyasi bəyanatlara nəzər saldıqda aydın mənzərə ortaya çıxır.

    Prezident Ərdoğan dünyada prosesi ən yaxşı oxuyan və ona görə keşiyini çəkən liderdir. Həmişə İsraili tənqid etsə də, İsrailin son məqsədini belə aydın və yığcam bir cümlə ilə bəyan etməmişdir. İndi oldu. Prezident Ərdoğan deyir:

    "İsrailin son hədəfi Anadolu torpaqlarıdır!"

    Bu cümlə onun HƏMAS-ı niyə “Küvayi Milliyə” olaraq təyin etdiyinə aydınlıq gətirir. Bütün sionist mənbələr “Böyük İsrail”dən danışır. Hitlerin təkrarı olan İsrailin Baş naziri Netanyahunun Qəzzada soyqırımı başlatdığı ilk gündən verdiyi bütün açıqlamaları bir yerə toplayanda onun “hücum”a cavab olaraq deyil, əksinə, daha böyük məqsəd naminə qətliamlar törətdiyinin şahidi oluruq. Holan təpələrini illərdir işğal altında saxlayan İsrail heç vaxt geri çəkilməyib. Çünki Suriya ərazisi olan bu təpələr “koridor marşrutuna nəzarət etmək” baxımından önəmlidir. Buna görə də İsrail hələ də öz sərhədlərini BMT-yə “aydın şəkildə” təqdim etməyib. Çünki işğala son qoymadan sərhədləri təqdim etmək istəmirdi. Çünki hələ öz həddi çatmayıb.

    Məhz bu məqamda biz Ankaranın həssaslığını daha çox anlayırıq. Bir tərəfdən qardaş Fələstin xalqının milli mübarizəsi, digər tərəfdən isə İsrailin “qlobal dəstək”lə son hədəfinə doğru irəliləməsi. İsrail “David dəhlizi” olaraq təyin etdiyi dənizdən-dənizə marşrutunu öz ərazisi, bu bölgədəki zənginliyi isə öz haqqı kimi tanıyır. PKK və YPG dəstəyinin səbəbi də budur. İsrail əslində Suriya, İraq və Türkiyə torpaqlarından hissə-hissə ayrılaraq qurulması istənilən “Kürdüstan”ı Böyük İsrailin tərkibində görür. Onun Türkiyəni niyə hədəfə aldığını anlamaq lazımdır. "Dəhlizlər, marşrutlar, ticarət yolları və dənizlərə çıxışlar!"

    İsrail Türkiyəni maneə, Anadolu torpaqlarını isə özü üçün bir marşrut olaraq görür. Ona görə də Prezident Ərdoğanın səs-küylü bəyanatı “dərin siqnallar” verir. Netanyahu “Yaxın Şərqin xəritəsi dəyişəcək” deyəndə artıq məqsədini açıq şəkildə bəyan etmişdi. Bir sözlə, İsrailin sionist quruluşu təkcə Qəzza və Fələstinə deyil, həm də Anadoluya “məkrli təhlükə”dir.