Ermənistan Naxçıvanla sərhəddə zərərli müəssisə tikir
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bəyanatı
Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində - Yerasx (Arazdəyən) kəndində 16 500 kvadratmetr sahədə illik istehsal gücü 180 000 ton olan iri metallurgiya zavodunun inşasının aparılması ilə bağlı Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan tərəfindən sosial media hesabında məlumat və bu faktı təsdiq edən videogörüntülər yayılıb.
Bu Ermənistanın növbəti dəfə beynəlxalq hüquq norma və prinsiplərini, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəlarını kobud surətdə pozması deməkdir.

Belə ki, Espo Konvensiyasının müddəalarına görə, Konvensiya tərəfi öz ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsiri olduğu halda, bu fəaliyyəti həmin ölkənin müvafiq qurumları ilə razılaşdırılmalı, ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlanmalıdır.
ARAYIŞ: Erməni mənbələrinin məlumatına görə Ermənistanın Ararat vilayətinin Yerasx (Arazdəyən) şəhərində erməni-amerikan metallurgiya zavodu tikilir. Layihəyə qoyulan sərmayənin həcmi 70 milyon dollardır. Zavod ildə 180 min ton məhsul istehsal edəcək. Şirkətdə artıq 200 nəfər çalışır, zavod işə salındıqdan sonra işçilərin sayı 1000 nəfər olacaq.