Ermənistan sərhəddə ölən hərbçilərin adlarını açıqladı
Azərbaycan tərəfinin əməliyyatı nəticəsində 4 erməni hərbçi məhv olub, biri yaralanıb
Ermənistan tərəfi Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) həyata keçirdiyi “qisas əməliyyatı” nəticəsində məhv edilmiş hərbçilərinin adlarını açıqlayıb.
Ermənistan KİV-i xəbər verir ki, fevralın 13-də məhv edilən erməni hərbçilər aşağıdakılardı:
Eduard Hamletoviç Arutyunyan (1974),
Qaqik Varazdatoviç Manukyan (1982),
Arsen Qaqikoviç Hambardzumyan (1979),
Hraçya Talışeviç Hovhannisyan (1957).
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan tərəfinin əməliyyatı nəticəsində 4 erməni hərbçi məhv olub, 1-i yaralanıb.
Qeyd edək ki, erməni tərəfi bu hərbçilərin 44 günlük müharibədə də iştirak etdiyini bildirir. Onların əksəriyyəti “Yerkrapa” terror təşkilatının döyüşçüsü olub.