XƏBƏRLƏR / Münaqişə

Ermənistan son 2 ildəki əsir və itkinlərinin sayını açıqladı

Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan bildirib

Ermənistan son 2 ildəki əsir və itkinlərinin sayını açıqladı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan tərəfi 2020-ci ildəki 44 günlük müharibədə və bu il baş vermiş sentyabr döyüşlərində itkin düşənlərin sayını açıqlayıb. Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan bildirib. Abazyan deyib ki, Qarabağda 44 günlük müharibədən sonra Ermənistan tərəfdən 217, bu ilin sentyabr döyüşlərindən sonra daha 3 nəfər itkin düşüb. Armen Abazyan iddia edib ki, 2020-ci ilin hərbi əməliyyatlarından bəri 33 erməni hərbçi hələ də Azərbaycanda əsirlikdədir.