XƏBƏRLƏR / Din

Ermənistanda hökumətlə kilsə münaqişə astanasındadır

Bundan sonra məktəblərdə erməni kilsəsinin tarixi tədris edilməyəcək

Ermənistanda hökumətlə kilsə münaqişə astanasındadır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Hökumət katolikosla ortaq fikrə gəlmədi: daha məktəblərdə erməni kilsəsinin tarixi tədris edilməyəcək.

    Məsələ uzun müddət müzakirə edildi, komissiya yaradıldı, təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan hətta II Qareginlə görüşdü, lakin bu, heç nəyə gətirib çıxarmadı. Bu barədə Ermənistanın "Past" qazeti yazır.

    Nazirlik israrlıdır: fənn ayrıca fənn kimi kurrikuluma daxil edilməyəcək.