XƏBƏRLƏR / Kriminal

Ermənistanda "Taşir Pizza" şəbəkəsinin direktoru saxlanılıb

Erməni KİV-ləri xəbər verir

Ermənistanda "Taşir Pizza" şəbəkəsinin direktoru saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanda sahibkar Samvel Karapetyana məxsus "Taşir Pizza" restoranlar şəbəkəsinin direktoru Vaginak Kazaryan həbs edilib.

    Erməni KİV-ləri xəbər verir ki, Kazaryan barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Xatırladaq ki, "Taşir" Qrupun rəhbəri Samvel Karapetyan hakimiyyəti ələ keçirməyə açıq çağırışlar etməkdə ittiham olunaraq iyunun 18-də iki ay müddətinə həbs edilib.