Türkiyədə baş verən silahlı hücumlara görə 83 nəfər tutulub
Bu barədə "TRT Haber" məlumat yayıb
Türkiyənin Şanlıurfa və Kahramanmaraş bölgələrində məktəblərdə baş verən silahlı hücumlarla bağlı 83 nəfər saxlanılıb.
"TRT Haber"ə görə, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi Təhlükəsizlik Baş İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, məktəblərə hücumlardan sonra aparılan işlər çərçivəsində 940 sosial media hesabına giriş məhdudlaşdırılıb, 93 "Telegram" qrupu bağlanıb.

Xatırladaq ki, aprelin 14-də Şanlıurfanın Siverek rayonundakı liseyə silahlı hücum zamanı 1 nəfər ölüb, 16 nəfər yaralanıb. Aprelin 15-də isə Kahramanmaraşda məktəbdə silahlı hücum zamanı 9 nəfər ölüb, 13 nəfər yaralanıb.
1 dəqiqədən az