XƏBƏRLƏR / Kriminal

Göyçayda 26 yaşlı kişi qətlə yetirilib YENİLƏNİB

17 yaşlı gənc saxlanılıb

Göyçayda 26 yaşlı kişi qətlə yetirilib YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 09:45

    Avqustun 15-də saat 04 radələrində Göyçay rayonu ərazisində 1998-ci il təvəllüdlü Hüseyn Feyzullayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Bu barədə Göyçay rayon prokurorluğunun məlumatında bildirilib.

    Qeyd edilib ki, araşdırmalarla 2007-ci il təvəllüdlü Səid Bayramlının aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirərək Hüseyn Feyzullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Səid Bayramlı iş üzrə şübhəli şəxs qismində tutulub.

    ***

    08:56

    Avqustun 15-də saat 3 radələrində Göyçay şəhərində 1998-ci il təvəllüdlü Feyzullayev Hüseyn Famil oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi barədə polisə məlumat daxil olub.

    Bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü şəxs saxlanılıb.

    İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

    Araşdırma aparılır.