XƏBƏRLƏR / Siyasət

ABŞ və Ermənistan TRİPP üçün birgə işçi qrupu yaradıblar

ABŞ Dövlət katibinin müavini Elison Huker Ermənistanda səfərdədir. O, Azərbaycana da gələcək YENİLƏNİB

ABŞ və Ermənistan TRİPP üçün birgə işçi qrupu yaradıblar
  • Oxuma müddəti:

    5 dəqiqə

  • 19:40
    ABŞ və Ermənistan Tramp Marşrutu Təşəbbüsünü (TRIPP) həyata keçirmək üçün birgə işçi qrupu yaradıblar.

    Bu barədə Dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Huker Baş nazir Paşinyanla görüşündə bildirib.

    Onun sözlərinə görə, Vaşinqton və Yerevan arasındakı əməkdaşlıq, Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasındakı irəliləyişlə birlikdə, "Cənubi Qafqazı həyati əhəmiyyətli ticarət yolu kimi açmaq üçün perspektivlər yaradır".

    Buraya Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Coulter rəhbərlik edəcək.

    ABŞ dövlət katibinin müavini Alison Huker İrəvanda baş nazir Paşinyanla görüşündə detalları açıqlayıb. Diplomat əmin olduğunu bildirib ki, ABŞ və Ermənistan arasındakı əməkdaşlıq, Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasındakı irəliləyişlə birlikdə "Cənubi Qafqazın həyati əhəmiyyətli ticarət yolu kimi açılması üçün perspektivlər yaradır".

    Huker həmçinin İrəvanda xarici işlər naziri Mirzoyan və Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Rubinyanla da görüşüb.


    ***

    15:35

    Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin müavini Ellison Hukerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə Prezident Donald Trampın Azərbaycanla sülhün qurulmasına şəxsi töhfəsini yüksək qiymətləndirib.

    Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

    "Baş nazir 8 avqustda Vaşinqtonda keçirilmiş sülh sammiti çərçivəsində əldə olunmuş razılaşmaların əhəmiyyətini və onların planlaşdırılmış cədvələ uyğun həyata keçirilməsi işlərinin vacib olduğunu qeyd etdi. O, həmçinin ABŞ ilə ikitərəfli münasibətlərdə müxtəlif sahə və istiqamətləri əhatə edən zəngin gündəliyin mövcudluğunu vurğuladı", - məlumatda deyilir.

    Paşinyan qeyd etdi ki, son vaxtlarda iki ölkə arasında əməkdaşlıq yeni səviyyəyə çıxıb.

    ABŞ-ın dövlət katibinin müavini bildirdi ki, ticarət, investisiyalar, infrastruktur, regional əlaqələr və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsini müzakirə etmək üçün İrəvana gəlib. O, dövlət katibinin köməkçisinin müavini Sonata Koulter rəhbərliyi altında ikitərəfli işçi qruplarının işə başlamasını qeyd edib. Bu qrupların məqsədi tarixi sammitdə qəbul edilmiş ikitərəfli sazişlərin həyata keçirilməsi və Trampın beynəlxalq sülh və rifah kursunun irəlilədilməsidir.

    ***

    15:06


    Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibinin müavini Alison Huker İrəvanda görüşərək Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək “Tramp marşrutu”nun (Zəngəzur dəhlizi) işə salınması üçün hazırlıq işlərini müzakirə ediblər.

    Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Görüşdə Vaşinqton Sülh Sammitinin rəmzi 100-cü günü diqqətə çatdırılıb və ötən müddət ərzində sazişlərin həyata keçirilməsində əldə edilən irəliləyiş, eləcə də qarşıda duran işlər qeyd edilib. Tərəflər “Tramp marşrutu”nun tikintisi üçün tələb olunan hazırlıq işləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

    Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında münaqişənin sülh yolu ilə nizamlanması və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması haqqında birgə bəyannamə imzalayıblar. Bu layihə “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) adlanır.

    ***

    13:40

    Ermənistanın Ermənistan-Türkiyə Sülh Prosesi üzrə xüsusi nümayəndəsi, Milli Məclisin sədr müavini Ruben Rubinyan İrəvanda ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Allison Huker ilə görüşüb.

    Rubinyan bu barədə "Facebook" səhifəsində yazıb.

    Rubinyan yazıb: "Biz regional hadisələri və Ermənistan-Türkiyə sülh prosesini müzakirə etdik".

    ***

    10:20

    ABŞ Dövlət katibinin müavini Elison Huker Ermənistana gəlib.

    Ermənistan mediası xəbər verir ki, o, İrəvanda Ermənistan rəhbərliyi ilə “Tramp marşrutu”nu və Ermənistan-Türkiyə münasibətlərini müzakirə etmək niyyətindədir.

    Diplomatı Baş nazir, xarici işlər naziri, Təhlükəsizlik Şurasının katibi və Türkiyə üzrə xüsusi nümayəndə qəbul edəcək.

    ABŞ Dövlət Departamenti: Dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison M. Huker bu həftə Azərbaycana da səfər edəcək.

    Bəyanatda deyilir: "Katib müavini Huker 2025-ci il noyabrın 15-dən 21-dək Ermənistan və Azərbaycana işgüzar səfər edəcək".

    Səfərin əlavə təfərrüatları açıqlanmayıb.