XƏBƏRLƏR / Siyasət

Ermənistanda yeni Konstitusiya layihəsi dərc olunub

Mətndə Müstəqillik Bəyannaməsinə istinad yoxdur

Ermənistanda yeni Konstitusiya layihəsi dərc olunub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistanda Konstitusiya layihəsi dərc olunub, mətndə Müstəqillik Bəyannaməsinə istinad yoxdur.

    Bu barədə Ermənistan mediası məlumat yayıb.

    Qeyd edək ki, bu, Ermənistanla sülh sazişinin imzalanması üçün Azərbaycanın son şərtidir.

    Sənəd 89 maddədən ibarətdir.

    Ermənistanın Baş naziri Nikol Paşinyan sosial media səhifəsində Ermənistan Respublikasının yeni Konstitusiyasının layihəsini, o cümlədən bu məqsədlə xüsusi olaraq yaradılmış veb sayta keçidi dərc edib.

    "Əziz xalqım, əziz Ermənistan Respublikasının vətəndaşları!

    Xüsusi olaraq bu məqsədlə yaradılmış veb saytda Ermənistan Respublikasının yeni Konstitusiyasının layihəsini təqdim etməkdən məmnunam.

    Veb sayt hər bir vətəndaşın yeni Konstitusiyanın layihəsini oxuması və təkliflərini təqdim etməsi üçün mümkün qədər rahat olması məqsədilə yaradılıb.

    Saat 10:00-da canlı çıxış edəcəyəm.

    Bu sizin Konstitusiyanızdır", - deyə Paşinyan yazıb.