XƏBƏRLƏR / Təbiət

Ermənistanda zəlzələ olub

Zəlzələ Azərbaycan sərhədinə yaxın ərazidə baş verib

Ermənistanda zəlzələ olub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın Cermuk şəhəri yaxınlığında 2,6 bal gücündə zəlzələ baş verib.

    Ermənistan Daxili İşlər Nazirliyinin Seysmik Mühafizə Xidmətinin məlumatına görə, Ermənistanın Cermuk şəhərindən 15 km şimal-şərqdə 2,6 bal gücündə zəlzələ baş verib.

    Zəlzələlər 30 oktyabr yerli vaxtla saat 00:31-də qeydə alınıb. Zəlzələnin episentri 10 km dərinlikdə, 3-4 bal gücündə olub.

    Zəlzələ Cermuk şəhərində, Vayots Dzor bölgəsinin Qndevaz və Saravan kəndlərində, eləcə də Sünik bölgəsinin Qorayk və Sarnakunk kəndlərində hiss olunub. Bu yaşayış məntəqələrində zəlzələlərin intensivliyi 2-3 bal olub.