XƏBƏRLƏR / Təbiət

Xəzər dənizində zəlzələ qeydə alınıb

Bu barədə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verib

Xəzər dənizində zəlzələ qeydə alınıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xəzər dənizində növbəti zəlzələ baş verib. Bu barədə AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

    Seysmik Kəşfiyyat Bürosunun məlumatına görə, yerli vaxtla saat 13:19-da Xəzər dənizində (Dağıstan ərazisində) zəlzələ qeydə alınıb. 3,3 bal gücündə zəlzələ 66 km dərinlikdə baş verib.