XƏBƏRLƏR / Kənd təsərrüfatı

Rusiya İrəvanın meyvə-tərəvəz ixracına da problem yaradır

Bu barədə “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert deyib

Rusiya İrəvanın meyvə-tərəvəz ixracına da problem yaradır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rusiyanın “Rosselxoznadzor” xidməti təkcə Ermənistandan gələn gül məhsullarının deyil, həm də meyvə-tərəvəzin tədarükündə yaranan problemləri qeyd edir.

    Bu barədə Rusiya Baytarlıq və Fitosanitariya Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert “Rossiya-24” televiziya kanalında yayımlanan “Vesti” proqramında bildirib.

    O əlavə edib: “Məsələ ondadır ki, təkcə gül məhsulları ilə deyil, həm də tərəvəz və meyvələrlə bağlı problemlərimiz var”.

    “Rosselxoznadzor”, həmçinin məhdudiyyətlərlə bağlı Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyinin rəhbəri Tiqran Petrosyana rəsmi məktub göndərildiyini bildirib. O, respublikanın səlahiyyətli orqanları ilə əməkdaşlığı davam etdirdiyini vurğulayıb.

    Bundan əvvəl “Rosselxoznadzor” Ermənistandan gül idxalına 22 may 2026-cı il tarixindən etibarən müvəqqəti məhdudiyyətlərin tətbiq olunduğunu elan etmişdi. Qeyd olunub ki, Ermənistan tərəfinin verdiyi zəmanətlərə baxmayaraq, Avrasiya İqtisadi Birliyində qadağan olunmuş karantin obyektlərinin müəyyənləşdirilməsi davam edir.