XƏBƏRLƏR / Kənd təsərrüfatı

Qazaxıstan buğda idxalına altıaylıq qadağa qoyur

Müvafiq sərəncam 27 iyul 2026-cı il tarixindən qüvvəyə minəcək

Qazaxıstan buğda idxalına altıaylıq qadağa qoyur
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Qazaxıstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ölkəyə avtomobil, su və dəmir yolu ilə buğda idxalına müvəqqəti qadağa qoyur.

    “Kazinform” agentliyi xəbər verir ki, müvafiq sərəncam 27 iyul 2026-cı il tarixindən qüvvəyə minəcək.

    Sənədə əsasən, qadağa altı ay müddətinə tətbiq olunur və həm üçüncü ölkələrdən, həm də Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv dövlətlərdən buğda idxalına şamil edilir. İstisna yalnız quşçuluq və taxıl emalı zavodlarına, lisenziyalı elevatorlara və “Qida Müqaviləsi Korporasiyası Milli Şirkəti” ASC-yə dəmir yolu ilə daşınmalara aiddir. Həmçinin bildirilib ki, bu müəssisələrə idxal edilən buğda daxili və ya xarici bazarlarda satışa çıxarıla bilməz.

    Məhdudiyyətlər, həmçinin Qazaxıstandan dəmir yolu tranziti ilə, o cümlədən Aİİ-nin üzv dövlətləri arasında daşınan buğdaya da şamil edilməyəcək.