XƏBƏRLƏR / Kənd təsərrüfatı

Polşada quş qripi səbəbindən 18 min quş məhv edilib

Bu barədə "Reuters" məlumat yayıb

Polşada quş qripi səbəbindən 18 min quş məhv edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Polşanın şimalındakı Biskupetsdə hindquşu yetişdirmə fermasında yüksək patogenli H5N1 quş qripi epidemiyası aşkar edilib.

    Bu barədə "Reuters" Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına (WOAH) istinadən məlumat yayıb.

    Təşkilatın Polşa hakimiyyət orqanlarından əldə etdiyi məlumata görə, fermada 18 723 hindquşundan 587-si tələf olub. Qalan quşlar məhv edilib.

    Bu, may ayından bəri Polşada ev quşları arasında ilk H5N1 epidemiyasıdır.