XƏBƏRLƏR / Hərbi

Ermənistanın müdafiə naziri KTMT-nin iclasına getməyib

Suren Papikyan KTMT-nin Müdafiə Nazirləri Şurasının Minskdə keçirilən görüşündə iştirak etmir

Ermənistanın müdafiə naziri KTMT-nin iclasına getməyib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanın müdafiə naziri Suren Papikyan KTMT-nin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Minskə getməyib. Bu barədə hərbi idarənin mətbuat katibi Aram Torosyan bildirib və əlavə edib ki, nazir hökumətin iclasında iştirak edəcək.

    Minskdə keçiriləcək görüşdə Ermənistan Müdafiə Nazirliyini Artak Tonoyan təmsil edəcək.