Ermənistanın tariximizi məhv etməsini dünyaya göstərməliyik
Bunu Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibinin müavini Sait Yusuf deyib
Biz bütün dünyaya Ermənistan və onun himayədarları tərəfindən Qarabağda çox qədim, zəngin mədəniyyət və tarixin məhv edilməsini göstərməliyik.
Bunu Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibinin müavini Sait Yusuf deyib.
Ötən il Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə Qarabağa səfər etdiyini xatırladan qurumun baş katibinin müavini dəhşətli dağıntıların şəxsən şahidi olduğunu qeyd edib və bu ədalətsizliyin bütün dünyaya çatdırılmasının vacibliyini vurğulayıb.
"Ötən il Türkiyə Hökuməti (YTB) yanında Diasporla İş və Xaricdə Yaşayan Soydaşlarla İş üzrə İdarəsinin sədr müavini kimi Şuşaya səfər etdim. Yolda çox böyük bir coğrafiyaya, Qarabağın əhalisinə, təbiətinə və qədim tarixinə qarşı ədalətsizliyi gördüm. Həqiqətən şok oldum" - deyə Sait Yusuf bildirib.
O, TÜRKSOY-da yüksək vəzifəyə təyin olunduqdan sonra da bu məsələnin aktuallığını qoruduğunu vurğulayıb.
"Azərbaycan bu məsələdə müdafiə mövqeyindən çıxış edir və biz TÜRKSOY olaraq Azərbaycanın tərəfindəyik", - təşkilatın sədr müavini vurğulayıb.