XƏBƏRLƏR / Mədəniyyət

Maykl Ceksonun mahnılarının yer aldığı 15 kaset tapılıb

Kasetləri təsadüfən binanı bu yaxınlarda satın almış yol patrul xidmətinin əməkdaşı tapıb

Maykl Ceksonun mahnılarının yer aldığı 15 kaset tapılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Kaliforniyada (ABŞ) pop kralı Maykl Ceksonun heç vaxt yayımlanmamış mahnılarının yer aldığı 15 kaset tapılıb.

    Mahnılar yazılan kasetlər uzun müddət sənətçinin prodüseri Brian Laurenə məxsus anbarda toz içində qalıb. Onları təsadüfən binanı bu yaxınlarda satın almış yol patrul xidmətinin əməkdaşı tapıb.

    Mahnılar 1989-1991-ci illər arasında yazılmışdır - onlardan 12-si tam hazır vəziyyətdədir.