XƏBƏRLƏR / Hərbi

“Eternity-2026”: Azərbaycan-Gürcüstan nümayəndələri görüşüb

Müdafiə Nazirliyi xəbər verir

“Eternity-2026”:  Azərbaycan-Gürcüstan nümayəndələri görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “Eternity-2026” kompüter dəstəkli birgə komanda-qərargah təliminin “Yüksəksəviyyəli Müşahidəçi Günü”ndə iştirak etmək məqsədilə Gürcüstan Müdafiə Qüvvələri komandanının müavini general-mayor İrakli Çiçinadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

    Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

    Müdafiə Nazirliyinin Beynəlxalq hərbi əməkdaşlıq idarəsində nümayəndə heyəti ilə görüşən general-leytenant Azər Əliyev Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirakı ilə keçirilən təlimin regional təhlükəsizlik və hərbi əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

    General-mayor İ.Çiçinadze təlimin peşəkarlıqla təşkil olunduğunu diqqətə çatdırıb, belə birgə fəaliyyətlərin ordularımız arasında təcrübə mübadiləsinin genişləndirilməsinə mühüm töhfə verdiyini qeyd edib.

    Tərəflər, həmçinin bölgədəki strateji və iqtisadi layihələrin etibarlı mühafizəsinin təşkili, eləcə də qərargahlar arasında operativ əlaqələndirmə məsələlərini müzakirə ediblər.

    Sonra nümayəndə heyətinə “Eternity-2026” təliminin məqsədi, mərhələləri və təşkilati işlərlə bağlı görülən tədbirlər barədə ətraflı məlumat verilib.

    Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.