XƏBƏRLƏR / Hərbi

Türkiyə Qara dənizdə mina əleyhinə tədbirlərə davam edəcək

Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi bəyan edib

Türkiyə Qara dənizdə mina əleyhinə tədbirlərə davam edəcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türkiyə Milli Müdafiə Nazirliyi Qara dənizdəki ticarət gəmilərinə hücumlar və bölgədəki son vəziyyətlə bağlı son vəziyyəti açıqlayıb.

    Nazirlik Türkiyə dəniz və hava qüvvələri tərəfinin kəşfiyyat, müşahidə fəaliyyətlərinin aparıldığını bildirib:

    “Müharibədən irəli gələn dəniz təhdidlərinə qarşı regional sahiblik prinsipimiz çərçivəsində tədbirlər və təşəbbüslər həyata keçiririk. Lakin hər nə qədər gördüyümüz tədbirlərlə dənizdən qaynaqlanan təhdidləri və Qara dənizdəki təhlükəsizlik qarışıqlığını minimuma endirsək də, sabit və təhlükəsiz bir dəniz mühiti üçün davamlı sülh zəruridir. Bununla yanaşı, hər bir halda xüsusilə dəniz yurisdiksiya sahələrimizin və kritik sualtı və suüstü quruluşlarımızın təhlükəsizliyi üçün lazım olan tədbirləri görməyə, dəniz və hava qüvvələrimizlə naviqasiya, kəşfiyyat və müşahidə fəaliyyətləri icra etməyə, həmçinin Minalara Qarşı Qara Dəniz İşçi Qrupu (MCEAM BLACK) çərçivəsində fəaliyyətimizi davam etdiririk. (MCM BLACK SEA) çərçivəsində fəaliyyətlərimizi davam etdirməyə davam edirik” - deyə nazirliyin açıqlamasında qeyd olunub.