XƏBƏRLƏR / Hərbi

Laçında ekskavator tank əleyhinə minaya düşüb

Faktla bağlı araşdırma aparılır

Laçında ekskavator tank əleyhinə minaya düşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • APA-nın Qarabağ bürosu verir ki, hadisə rayonun Qazıdərə kəndində qeydə alınıb. Həkəri çayının sahilində təmir-bərpa işləri aparan şirkətlərdən birinə məxsus ekskavator tank əleyhinə minaya düşüb. Hadisə nəticəsində xəsarət alan olmadığı, texnikaya ziyan dəydiyi bildirilir/

    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı APA-ya faktı təsdiqləyib. Bildirib ki, hadisə bu gün saat 16 radələrində baş verib.

    Faktla bağlı araşdırma aparılır.