Etirazçılar SEPAH komandirini öldürdü
Məlumatı “Azad İran” teleqram kanalı yayıb
İranda hökumət əleyhinə etiraz aksiyaları davam edir. İranın Kermanşah şəhərində SEPAH komandiri, polkovnik Səid Beheştirad qəzəbli etirazçılar tərəfindən öldürülüb. Məlumatı “Azad İran” teleqram kanalı yayıb.
Qeyd edək ki, 16 sentyabrda Tehranda 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən döyülərək öldürülməsindən sonra İranı genişmiqyaslı etirazlar bürüyüb. Molla rejiminin əleyhinə keçirilən aksiyalar zamanı ümumilikdə 10 mindən çox etirazçı saxlanılıb. Saxlanılan şəxslərdən 5-nin edam olunmasına qərar verilib.